fəza bucağı

ру пространственный угол en space angle de Raumwinkel fr angle de l'espace es ángulo espacio it angolo spazio
fermentasiya
fırlanan porşenli kompressor
OBASTAN VİKİ
Hücum bucağı
Hücum bucağı ( α {\displaystyle \alpha } ) Aerodinamikada axın xətləri və qanad profilinin veter xətti arasındakı bucaq. Bu hərəkət istiqaməti və veter xətti arasındakı bucaqdır. Daşıyıcı qüvvə hücum bucağının böyüklüyü ilə sıx bağlıdır. Bununla birlikdə, hücum bucaqları aerodinamikanın və fizikanın əsas qaydalarına uyğun olaraq məhdud bucaqlardır və adətən (α <15 ~ 20°) arasındadırlar. Hücum bucağı artdıqca daşıyıcı qüvvə artır, lakin bu da sürüklənməni də artırır. Bu düz mütənasiblikli əlaqə saxlanma itkisi (dayaq) başlayana, yəni axın xətlərinin qanad profilindən ayrılmağa başladığı yerə qədər davam edir. Ancaq bu nöqtədən sonra ayrılma başlandığı üçün, daşıyıcı qüvvə azalmağa başlayır. Böyük bir hücum bucaqlarında uçan təyyarələr, (məsələn) çox güclü və qəfil küləyin partlamasına girdikləri zaman qəfil itkiyə məruz qala bilərlər. Ayrıca, müəyyən bir daşıyıcı qüvvənin davamlılığını təmin etmək üçün sürət azaldıqca hücum bucağı artırılmalıdır. Bu da bizə saxlanma itkisinin əsasən nəyə görə aşağı sürətlərdə baş verdiyini izah edən bir amildir.
Yer bucağı
Yer bucağı (elevasiya) — həqiqi üfüq üzərində izlənən obyektin (yer əşyası, uçan apparat, göy cisimləri və s.) bucaq hündürlüyüdür. Yer bucağı azimutla birgə obyektə istiqaməti təyin etmək üçün xidmət edir. Başqa ədəbiyyatda belə izah olunur: yer bucağı — şaquli müstəvidə hədəfə istiqaməti ilə onun üfüqi müstəviyə proyeksiyası arasındakı bucaqdır.
Kaster bucağı
Kaster bucağı və ya Təkər bucağı — avtomobildə, motosikletdə, velosipeddə, digər nəqliyyat vasitəsində və ya gəmidə, təkərin sükan oxunun avtomobilin yan tərəfdən göründüyü kimi yönəldilmiş şaquli oxundan bucaqlı yerdəyişməsi. Qoşa top birləşməli asqılı avtomobildə sükan oxu yuxarı kürəcikli birləşmənin mərkəzindən aşağı top birləşməsinin mərkəzinə və ya kral sancaqları olan avtomobillər üçün kral sancaqlarının mərkəzinə keçən xəyali bir xəttdir. Kaster təkərin hərəkət istiqamətinə uyğunlaşmasına səbəb olur və bu, təkərin yerdəyişməsi və ya təkər bucağı ilə həyata keçirilir. Təkərin fırlanması, alış-veriş arabasının ön təkərlərində olduğu kimi, sükan oxunu təkərin fırlanma oxundan irəli aparır. Kaster bucağı sükan oxunu şaquli tərəfdən hərəkət etdirir.
Fəza-zaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
Fəza astronomiyası
Fəza astronomiyası - Astronomianın bu sahəsinin vəzifəsi qalaktikamızı və onun quruluşunu öyrənməkdir. Qalaktikamızızdan kənar məkanı, o cümlədən digər qalaktikaları isə qalaktikadankənar astronomiya tədqiq edir. Fəza astronomiası qalakitikaların yaranması və təkamülü məsələlərini öyrənmir. Qalaktikamızın öyrənilməsi digər eyni sistemlərin öyrənilməsi məsələsini asanlaşdırır. Bizim kosmik fəzamızın müəyyən dərinliklərin öyrənilməsi o hissələrin toz dumanına bürünməsi səbəbində problemlidir. Ancaq radoastronomiyanın inkişafı bu problemin həllinə müəyyən qədər kömək edir. Fəza stronomiasyası həmçinin Müxtəlif koordinat sistemləri vasitəsilə göy cisimlərinin yerinin müəyyənləşdirilməsi üçün riyazi metodları hazırlayır.
Kosmik fəza
Kosmos və ya kosmik fəza — Yerin atmosferindən kənarda və digər kosmik cisimlər arasında yerləşən, amma kosmik cismlər istisna olmaqla kainatın geri qalan hissəsində sonsuz olduğu düşünülən boşluğa verilən addır. Orta istiliyi −271 °C, mütləq sıfır nöqtəsi isə −274 santiqrad dərəcədir. Atmosfer ilə kosmos arasında qəti bir sərhəd yoxdur, lakin Yerin atmosferi yuxarı doğru qalxdıqca incəlməkdədir. Kosmosda təxminən milyardlarla qalaktika olduğu ehtimal edilir. Bu təxmini qalaktikaların içərisində təxminən milyonlarla ulduz sistemi, planetlər və asteroidlər var. Fizik Karl Saqanın "Kosmos" kitabında yazdığı kimi universal atom sabiti 1088 qədərdir yəni 10 üstü 88-dir, Karl Saqana görə kainatda təxminən 1-in yanında 88 sıfır dənə atom var (on oktoviqintilyon). Bu formada bir hesablama və insanlığın bildiyi hər növ qalaktika kosmik fəzanın böyüklüyünü sübut edir. Albert Eynşteynin Nisbilik nəzəriyyəsinə görə kosmos elastik bir toxumaya malikdir. Cismlərin bu elastik toxumanı bükmələrindən dolayı cazibə qüvvəsinin olduğunu irəli sürən bir nəzəriyyədir. Kosmosda zaman anlayışı yoxdur.
Üçölçülü fəza
Üçölçülü fəza — yaşadığımız maddi dünyanın həndəsi modeli. Bu fəza ona görə üçölçülü adlanır ki, üç həmcins dəyişəndən (hündürlük, en və uzunluq) ibarətdir, yəni üçölçülü fəza üç tək ortoqonal vektorla təsvir edilir. İnsanın üçölçülü fəzanı təsəvvür etməsi, hələ körpəlik dövründən inkişaf edir və insan hərəkətlərinin koordinasiyası ilə sıx bağlıdır. Analitik həndəsədə üçölçülü fəzanın hər nöqtəsi üç istiqamətlə koordinatlarla təsvir olunur. Koordinat sistemi koordinat başlanğıcında kəsişən üç qarşılıqlı perpendikulyar koordinat oxu vasitəsilə qurulur.
Fəza koordinat sistemi
Fəza koordinat sistemi və ya plan koordinat sistemi Göy sferasını qalaktika ekvatoruna ən yaxın olan böyük dairə boyunca kəsən müstəviyə nəzərən cismin vəziyyətini təyin edir. Qalaktik uzunluq qalaktika ekvatoru ilə göy ekvatorunun kəsişmə nöqtəsindən göy ekvatoru ilə böyük dairənin kəsişmə nöqtəsinədək olan qövslə, qalaktik enlik isə göy cisminə doğru istiqamətlə qalaktika ekvatoru müstəvisi arasındakı bucaqla təyin olunur.
Proyektiv fəza (riyaziyyat)
Proyektiv fəza-qeyri-məxsusi (sonsuz uzaqlaşmış) elementlərlə tamamlanmış Evklid fəzasından alınmış fəza: (qeyri-məxsusi nöqtə, qeyri-məxsusi düz xətt və qeyri-məxsusi müstəvi). Hər bir düz xətt təkcə bir qeyri-məxsusi nöqtə ilə, hər bir müstəvi təkcə bir qeyri-məxsusi düz xətlə, bütün fəza isə təkcə bir qeyri-məxsusi müstəvi ilə tamamlanır. Proyektiv fəzanın məxsusi (adi) elementi ilə qeyri-məxsusi (sonsuz uzaqlaşmış) elementi arasında heç bir fərq yoxdur: ixtiyari iki düz xətt kəsişir, ixtiyari düz xətt və müstəvi kəsişir, ixtiyari iki müstəvi kəsişir. Proyektiv fəza aksiomatik olaraq üç növ obyektdən (nöqtələr, düz xəttlər və müstəvilər) təşkil olunmuş çoxluq kimi təyin olunur. Onlar üçün aidolma və tərtib münasibətləri təyin olunur. Bu münasibətlər proyektiv həndəsənin müəyyən tələblərini ödəyir. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2.
Şöhrət-fəza xanım
Şöhrət-fəza xanım (1829, Soçi – 1895) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı. Əslən şimali Qafqaz əsilli olan Şöhrət-fəza xanım 1829-cu ildə Soçidə dünyaya gəldi. Misirə gəlişi və saraya necə alındığı məlum deyil. Ancaq İsmayıl Paşaya Misirdəki hakimiyyətini ələ almadan öncə təqdim edildiyi bilinir. Cütlüyün Tövhidə və Fatimə İsmayıl adlı 2 qızı dünyaya gəldi. İsmayıl Paşanın Misir hakimi təyin edilməsinin ardından Şöhrət-fəza xanım paşanın ilk xanımı olması səbəbilə "Birinci Şahzadə" ünvanı aldı. İsmayıl Paşanın vəzifədən alındığı 1879-cu ilədək bu ünvanı daşıyan Şöhrət-fəza xanım Misirdə Böyük xanım olaraq anılmağa başlandı. Qərb mədəniyyətinin Misirdə geniş vüsət aldığı illərdə o, Osmanlı motivli geyimlər geyinirdi. 1876-cı ildə İsmayıl Paşanın digər xanımı olan Camalnur Qadınəfəndinin ölümünün ardından, onun oğlu Əli Camalı da övladlığa götürən Şöhrət-fəza xanım 1895-ci ildə vəfat etdi və cənazəsi Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi. Tanman, M (2011).